Maduro Venesuelanın prezidenti kimi and içib
20 aprel 2013 02:17 (UTC +04:00)

Maduro Venesuelanın prezidenti kimi and içib

Venesuelanın Milli Assambleyasında Nikolas Maduronun prezident kimi andiçmə mərasimi keçirilib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumata görə,bu təntənəli mərasimə Braziyliya, Kuba,Kolumbiya, İran və başqa dövlətlərin liderləri qatılıblar. Rusiyanı isə bu təbirdə Dövlət Dumasının sədri Sergey Narışkin təmsil edib.

 

Xatırladaq ki, rəsmi açıqlamaya əsasən, seçkidə Maduronun 50, 8 faiz,müxalifət təmsilçisi Enrike Kapriles isə 49, 1 faiz səs toplayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 602

Oxşar yazılar