Luvr cibgirlərə etiraz olaraq bağlanıb
10 aprel 2013 21:12 (UTC +04:00)

Luvr cibgirlərə etiraz olaraq bağlanıb

Dünyanın ən məşhur muzeylərindən biri, Parisin Luvr muzeyi cibgirlərin əməllərinə etiraz olaraq, bir günlüyə bağlanılıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Luvrun işçiləri keçirdikləri mitinqdə soyğun hallarının artmasından şikayətləniblər.

 

Muzeyin rəhbərliyi bildirib ki, Fransa hakimiyyətindən Luvrda növbətçilik edən polislərin sayının artırılmasını xahiş edib.

 

Araşdırmalara əsasən, ildə bu muzeyə 8 milyon insan gəlir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 542

Oxşar yazılar