Belarusun prezidenti Aleksandr Lukaşenko oğlu Nikolayla birlikdə Ukraynanın yeni prezidenti Pyotr Poroşeknonun andiçmə mərasimində iştirak etmək üçün Kiyevə səfər edib.
Lent.az-ın “Unian.net”-ə istinadən məlumatına görə, ata-oğul lukaşenkolar Ukrayna parlamentinin sədri, prezidentin səlahiyyətlərini müvəqqəti icra etmiş Aleksandr Turçinovla görüşüb.
Məlumata əsasən, görüş dostluq və qarşılıqlı səmimiyyət şəraitində keçib. A.Turçinov belaruslu qonaqlarla əl sıxaraq, görüşüb. Nikolay Lukaşenko parlamentin sədrinə özü ilə gətirdiyi hədiyyə paketini təqdim edib.
Xatırladaq ki, A.Lukaşenko andiçmədən sonra Ukraynaya Krımı itirməməyi və keçmiş prezident Viktor Yanukoviçi vətənə qaytarmağı arzulayıb.
 
                 
                             
    