BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə özəl təmsilçisi Lahdar Brahimi bu vəzifəni tərk etməyə hazırlaşmadığını bildirib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, BMT Təhlükəsizlik Şurasının toplantısından sonra o, deyib: «Mən istefa verməmişəm. Hər dəfə bunu edə biləcəyimi düşünsəm də, hazırda öz vəzifəmi tərk etməmişəm».
Qeyd edək ki, ötən həftə onun yaxın günlərdə istefa verəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
Cari il martın sonunda isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Ərəb Dövlətləri Liqası Suriyadakı rejimin başçısı Bəşar Əsədlə sülh danışıqları aparmaqdan imtina etdiyi üçün Ladar Brahimi öz vəzifəsinin öhdəsində artıq gələ bilmir.