Aprelin 7-ə keçən gecə İsrail Maarif Nazirliyinin saytında haker hücum nəticəsində iş rejimi pozulub.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bir müddət öncə «Anonymous» hakerlər qrupu İsrail saytlarına qarşı iri miqyaslı kiber hücuma keçəcəklərini bildirmişdi.
Apelin 6-da axşam ölkənin xarici işlər naziri Aviqdor Liberman və maliyyə naziri Yair Lapid İsrailin iri müəssisələrinin saylarına hücum olacağı haqda mübaricət ediblər.
Yəhdi dövlətinin ikinci telekanalı haker hücumların artıq aprelin 6-dan başladığını və İsailin kibertəhlükəsizlik xidmətinin bununla bağlı informasiya aldığı haqda məlumat yayıb. Məlumata əsasən, bəzi saytlar sındırılıb və elektron ünvanı, parolu oğurlanıb.
Bununla belə İsrail və israilyönlü hakerlər qarşılıqlı hücuma keçiblər.Yəhudi dövlətinə qarşı olan «Anonghost» hakerlər qrupunun saytı sındırılaraq, orada İsraili dəstəkləyən bəyanat və bu dövlətin bayrağı yerləşdirilib.
İsrailyönlü «Israeli Elite Force» haker qruppu isə Pakistanda bir sıra sayları sındırıblar