İran hakimiyyətinin müşahidəsi ilə ermənilər türklərə qarşı
07 aprel 2013 02:57 (UTC +04:00)

İran hakimiyyətinin müşahidəsi ilə ermənilər türklərə qarşı

Hər il olduğu kimi bu ildə İrandakı ermənilər apreldə türklərə qarşı etiraz aksiyası keriməyə, saxta tarixi qeyd etməyə hazırlaşır.

 

Lent.az-ın “Oyannews” saytına istinadən verdiyi məlumata görə, aksiyaya çağırış məqsədi ilə Tehran, İsfahan şəhərlərinin sakinləri arasında bildirişlər paylanılır, mərkəzi küçələrin divarlarına plakatlar yapışdırılır.

 

Plakatların üzərində təxribat xarakterli yazılar olub: “24 aprel 1915-ci il, faşist Türkiyə dövlətinə ölüm!”.

 

Mənbə bildirib ki,  hər il olduğu kimi ötən il də bir qrup erməni Tehranda qondarma tarixlə bağlı aksiya keçirib. Polisin mühafizəsi ilə  keçirilən piketdə  “Türkə ölüm, Türkiyəyə ölüm, Azərbaycana ödüm!”, “Qərbi Ermənistan azad olmalıdır!” kimi şüarlar səsləndirilib.

 

Ən təəssüfləndirici hal Tehran hakimiyyətinin u sayaq şüar və çıxışlara laqeyd,müşahidəçi mövqeyidir. Hətta ötən illərdə İslam Respublikasının parlamentində erməni deputatlardan biri saxta tarixin İran tərəfindən tanınlması məsələsini də gündəliyə gətirmişdi.

 

 

Yeri gəlmişkən,1918-ci ilin martında Güney Azərbaycanın Salmas, Xoy, Urmiya və başqa şəhərlərində ermənilərin də iştirak etdiyi Azərbaycan türklərinə qarşı soyqırımla bağlı tədbirlərin keçirilməsinə İran hakimiyyəti həmişə mane olub. Bunu yada salanlar isə bir qayda olaraq, təqib və təzyiqə məruz qalıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1160

Oxşar yazılar