Perunun şimal-şərqində helikopter qəzaya düşüb. Lent.az-ın xarici mənbələrə istinadən verdiyi məlumata görə, qəzaya uğrayan helikopter Fransa neft Şirkətinə məxsus olub. Hadisə nəticəsində 13 nəfər ölüb.
Qeyd edək ki, hadisə Curaray çayı yaxınlığındakı meşəlikdə baş verib.