Həbsxanada 26 il günahsız yerə cəza çəkdi
22 iyul 2014 18:15 (UTC +04:00)

Həbsxanada 26 il günahsız yerə cəza çəkdi

ABŞ-da Kevin Martin adlı dustağın 26 il həbsxanada yatandan sonra günahsız olduğu məlum olub. Lent.az-ın The Washigton Post qəzetinin saytına istinadən məlumatına görə, K.Martin 1988-ci ildə bir qadının ölümündə günahlandırılaraq həbs edilib. Müstəntiq illər sonra Kevinin cinayət işini araşdırarkən DNT test nəticələrində ziddiyyətlər aşkarlayıb. Beləliklə, o, Kevinin günahsızlığını sübuta yetirə bilib.

 

 

Qeyd edək ki, bu hal Amerikada ilk deyil. Daha əvvəllər də 2009-cu ildə Vaşinqtonun Ali Məhkəməsi 1980-90-ci illərdə həbs olunmuş 4 məhbusa bəraət verib. Bundan sonra FTB və ABŞ-ın Hüquq Nazirliyi yuxarıda qeyd edilən illərdə baş vermiş 2 mindən çox cinayət işinin təkrar araşdırılmasına qərar verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2259

Oxşar yazılar