Yunanıstanla Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığa dair cari il üçün razılaşma imzalanıb.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, sənədi Afinada Yunanıstanın müdafiə naziri Dimitris Avramopulos gürcüstanlı həmkarı İrakli Alasaniya imzalayıb.
Sənəddə Gürcüstan zabitlərinin Yunanıstandakı hərbi müəssisələrdə təhsil alması, silahlı qüvvələrin birgə hazırlıq keçməsi də nəzərdə tutulub.
İmzalama mərasimindən sonra Avramopulos bildirib ki, rəsmi Afina Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyir.
Yunanıstanlı nazirin sözlərinə görə, iyunun 3- 4-də NATO-nun Brüsseldə keçiriləcək toplantısında Gürcüstanınla alyans arasında münasibət müzakirə ediləcək.