Liviyanın keçmiş lideri Müəmmar Qəddafinin Fransanın keçmiş prezidenti Nikolya Sarkoziyə pul verməsi haqda xəbərlər deyəsən öz təsdiqini tapır.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məəlumata görə, Fransa bu məsələni araşdırmağa başlayıb.
Sarkozi 2007-ci ildə prezident seçkisi kampaniyası üçün Qəddafində bir neçə on milyon dollar almaqda şübhəli bilinir.
Ötən il prezident seçkisinin ikinci turuna bir həfət qalmış «mediapart» saytında bu haqda sənəd yayılmışdı. Həmin sənəddə bildirilirdi ki, Liviyanın keçmiş lideri 2007-ci ildə Fransada keçirilən prezident seçkisində Sarkoziinin kampaniyasının maliyyələşdirib.
Bundan başqa o, «L'Oreal Lilian Betankur» kosmetia imperiyasının varisi,Fransanın ən varlı qadınından bir nençə min avro ianə qəbul etməkdə də şübhəli bilinir.