Əsəd rejimi BMT mütəxəssislərini Suriyaya buraxmadı
09 aprel 2013 02:22 (UTC +04:00)

Əsəd rejimi BMT mütəxəssislərini Suriyaya buraxmadı

BMT-nin mütəxəssisləri Suriyaya getməyə hazırlaşırdı.

Onlar hakimiyyətin müxalifətə qarşı kimyəvi silah istifadəsi iddiasını araşdıracaqdı.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə,Əsəd hakimiyyəti BMT mütəxəssislərini ölkəyə buraxmaqdan imtina edib.

 

«Baş katibi təklif edib ki, Suriyanın bütün ərazisində müşahidəçilərin yoxlama aparması təklifini baş katib irəli sürüb. Bu isə Suriyanın BMT-yə müraciətinin tələblərinə ziddir»-deyə, Əsəd hakimiyyətinin Xarici İşlər Nazirliyi bildirib.

 

Xatırladaq ki, mütəxəssislərin səfəri ilə bağlı BMT-nin baş katibi Pan Ge Mun məlumat vermişdi.

 

Baş katibin sözlərinə görə, Dəməşq mütəxəssisləri qəbul etməyə hazır olduğunu bildirsə də, «bəzi texniki və hüquqi məsələləri» qaydasına qoymayıb.

 

O, Suriyadakı kimyəvi silah tətbiqi ilə bağlı bütün məlumatların istisnasız olaraq, araşdırılmasının vacibliyini vurğulamışdı.

 

Bir müddət öncə Əsəd rejimi quruma müraciət edərək, martın 19-da Hələb şəhərində  müxalifətin kimyəvi silahdan istifadə etdiyini bildirmişdi. 

 

 

Üsyançılar Əsəd hakimiyyətinin iddiasını təkzib edərək, rejim ordusunun kütləvi qırğın silahından istifadə etdiyini bildirib. 

# 397
avatar

Oxşar yazılar