Suriya prezidenti Bəşər Əsədin təyyarəsi ötən gün İranın paytaxtı Tehrandakı hava limanına enib. Lent.az-ın məlumatına görə, bu barədə Livanın “Əl-Nahar” qəzeti İran Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən xəbər yayıb.
Məlumata görə, təyyarənin göyərtəsində Əsədin ailəsi və Suriyanın yüksək vəzifəli rəsmiləri olublar. Prezidentin Tehrana Suriyadakı vəziyyətə dair məsləhətləşmələr üçün gəldiyi bildirilir. Nümayəndə heyətinin İranda nə qədər qalacağı məlum deyil.
Qeyd edək ki, “Əl-Nahar” “Hizbullah”la əlaqələri ilə tanınır. Qəzetin xəbəri rəsmi mənbələrdən təsdiqini tapmayıb.