Ərəb dənizində ABŞ qırıcısı batıb
09 aprel 2013 00:06 (UTC +04:00)

Ərəb dənizində ABŞ qırıcısı batıb

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus «F-A-18» qırıcısı Ərəb dənizində qəzaya uğrayıb.

 

Lent.az- ın «KM.ru»-ya  istinadən məlumatına görə, ilkin dəyərləndirməyə əsasən, təyyarə elektrik təchizatındakı nasazlıq ucbatından batıb.

 

Məlumatda qeyd olunub ki, qırıcı dənizə düşməzdən öncə ekipaj katapultasiya olub.Onları xilasedicilər qurtarıb. Təyyarəçilərin həyatı üçün təhlükənin olmadığı bildirilib.

 

Mənbə qeyd edib ki, son illər Ərəb dənizində amerikalı aviadaşıyıcı gəmilər davamlı növbətçilik çəkir.Əfqanıstanda hərbi əməliyyatlarda iştirak edən qırıcılar da orada yerləşir.

 

Təsdiqlənməyən məlumata əsasən, «F-A-18» bu gəmilərdən birində olub.

# 571
avatar

Oxşar yazılar