Əfqanıstanın Zabul əyalətində minalanmış avtomobilin partladılması nəticəsində 6 nəfər həlak olub.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onların 5 amerikalı, bir isə əfqan həkimdir.
ABŞ-ın dövlət katibi Con Kerri onların 3-nün hərbçi, ikisinin isə mülki məmur olduğunu söyləyib.
Hücum Zabul əyalətinin qubernatoru Мəhəmməd Əşrəf Nasirinin müşayiət etdiyi humanitar yardım aparan avtomobil karvanına edilib.