Uyğur vilayətində 6,9 ballıq zəlzələ olub
20 aprel 2013 06:49 (UTC +04:00)

Uyğur vilayətində 6,9 ballıq zəlzələ olub

Çinin Sincan Uyğur Muxtar vilayətində 6,9 bal gücündə zəlzələ baş verib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, insan tələfatı və dağıntı barəsində hələ ki məlumat yoxdur.

 

Episentri Ləşan şəhərinin 100 km-liyində baş verən zəlzələ yerli vaxtla aprelin 20-də 8 radələrində olub.

 

Sinxua agentliyi bildirib ki, yeraltı təkanlar əyalət paytaxtı Çənduda da hiss edilib.

 

Çinin cənub-qərbi seysmik cəhətdən təhlükəli bölgədir. 2008-ci ildə Sıçuan əyalətində baş vermiş zəlzələ nəticəsində 87 min nəfər ya həlak olmuş, ya da İtkin düşmüş, 270 mindən çox insan isə yaralanmışdı. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 605

Oxşar yazılar