Çexiyanın keçmiş baş naziri katibəsinin məşuqəsi olduğunu etiraf edib
13 iyul 2013 22:32 (UTC +04:00)

Çexiyanın keçmiş baş naziri katibəsinin məşuqəsi olduğunu etiraf edib

0

Çexiyanın keçmiş baş naziri Petr Neças yerli qəzetə müsahibəsində keçmiş əməkdaşı, baş nazirini katibliyinin sabiq rəhbəri Yana Naqiovoyla yaxın münasibətdə olduğunu etiraf edib.

 

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bir müddət öncə o, bu münasibəti təkzib edirdi.

 

Xatırladaq ki,  P.Neças ölkədə korrupsiya qalmaqalına görə istefa verib. Elə bu hay-küylər zamanı, o, həyat yoldaşı ilə boşandığını bəyan etmişdi.

 

«Yana Naqiovoyla yaxın münasibətimiz var. Bu etibarlı əlaqədir. Birmənalı olaraq, hesab edirəm ki, bu münasibət gələcəkdə də qorunacaq»-deyə, keçmiş baş nazir müsahibəsində bildirib.

Çexiyanın baş naziri Petr Neças iyunun 17-də prezident Miloş Zeemana istefa ərizəsini təqdim etmişdi. Prokurorluq ittiham etdiyi 7 nəfərin, o cümlədən Naqiovoyonun iş yerində axtarış aparılması barədə sanksiya vermişdi.

 

Prokurorluq da Çexiya hərbi kəşfiyyatının başçısına, parlamentin keçmiş üzvlərinə qarşı uyğun ittiham irəli sürüb.

 

 

Polis iyunun 13-də keçmiş baş nazirin keçmiş katib məşuqəsini, eləcə hakim Vətəndaş Demokratik Partiyasının bir sıra siyasilərini «hərbi kəşfiyyatın işində» sui-istifadə ittihamı ilə saxlamışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1234

Oxşar yazılar