İyunun 9 -10-da Cenevrədə ABŞ –la İran hakimiyyəti təmsilçiləri “altılıq”-ın (ABŞ, Almaniya, Britaniya, Fransa, Çin, Rusiya) növbəti danışıqlarından öncə görüşəcək.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, ABŞ-ın bu görüşdə dövlət katibinin siyasi məsələlər üzrə müavini Uliyam Bernsin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək. Görüşə dövlət katibinin müavini Uendi Şerman da qatılacaq.
Xatırladaq ki, iyunda İranın atom-nüvə proqramı ilə bağlı “altılıq”la Tehran arasında danışıqların növbəti mərhələsi keçiriləcək.
 
                 
                             
    