Britaniya parlamentində «Tetçer sessiyası»
10 aprel 2013 23:04 (UTC +04:00)

Britaniya parlamentində «Tetçer sessiyası»

Britaniya parlamenti keçmiş baş nazir Marqaret Tetçerə özəl toplantı həsr edib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, baş nazir Devid Kemeron yığıncağı açaraq, Tetçeri «dahi lider və dahi qadın» adlandırıb.

 

«O, siyasətin havasını təsir edirdi, o, tarix yaradırdı. O, ölkəyə böyüklüyünü qaytardı»-deyə, Kemeron bildirib.

 

Leyboristlər Partiyasının lideri Ed Milibend qeyd edib ki, Tetçer «nadir və dahi fiqur» olub.

 

Baş nazirin dəftərxanasından bildiriblər ki, baronessa Marqaret Tetçer hərbi fəxri qaraul ilə dəfn ediləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 464

Oxşar yazılar