Rusiyanın “Rubin” futbol klubunda növbəti kadr inqilabı baş verib. Lent.az-ın “Kazan First”ə istinadən məlumatına görə, klubun seleksiya şöbəsinin 10-dək əməkdaşı işdən çıxarılıb.
Göndərilənlər arasında “Rubin”in sabiq müdafiəçiləri Andrey Fyodorov və Stepan Tomas, eləcə də tanınmış futbol agenti Yuri Dzyuba da var. Yalnız tanınmış gimnast Alina Kabayevanın atası Marat Kabayev vəzifəsində qalıb. O, əvvəllər Özbəkistan “Paxtakor”unun və Ukrayna “Dnepr”inin futbolçusu olub. Kabayevanın isə Rusiya prezidenti Vladimir Putinlə uzun müddətdir münasibətlərdə olduğu bildirilir.
Qeyd edək ki, “Rubin”də Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov da çıxış edir. O, 2013-cü il fevralın 26-da Tatarıstan klubu ilə müqavilə bağlayıb. Ötən il dekabrın 20-də isə Kurban Berdıyev “Rubin”in baş məşqçi postundan klubun baş direktoru Andrey Qromov və vitse-prezident Kamil İsxakovla birgə istefaya göndərilib.