Ağ Evin mətbuat katibi Cey Karni uranın zənginləşdirilməsini tezləşdirmək üçün Nətənzdəki sentrifuqları yeniləndirməsinə dair İranın planını «təxribat» adlandırıb.
Lent.az-ın «
Karni deyib ki, İran BMT-nin qətnaməsini pozmaqda, münaqişəni yaymaqdadır.
Tehran nüvə proqramının dinc məqsədli olduğunu iddia etsə də, beynəlxalq ictimaiyyət İran hakimiyyətinin nüvə silahı almağa cəhd göstərdiyini bildirir.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib: “Rusiya digər ölkələrlə birgə İrandan uranın zənginləşdirilməsini dondurmağını istəyir”.
O, bildirib ki, İran nüvə obyektlərinin birində uranın zənginləşdirilməsi üçün istifadə edilən müasir sentrifuqaların sayını artırmağı planlaşdırır: “Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin də məlumatı var və agentlik sentrifuqaların quraşdırılmasına nəzarət edəcək. Əslində sentrifuqaların sayının artırılması İranın qəbul etdiyi beynəlxalq öhdəliklərə zidd deyil. Lakin Rusiya və BMT Təhlükəsizlik Şurasının digər üzvləri nüvə danışıqları mərhələsində İranı uranın zənginləşdirilməsini dondurmağa çağırır”.