ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin Nyu-Cersi ştatındakı bazalarından birində partlayışın ardınca yanğın baş verib.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu haqda NBC telekanalı xəbər yayıb.
Mənbənin bildirdiyinə əsasən, hadisə nəticəsində azı 8 nəfər xəsarət alıb. Onlardan birinin yarasının daha ciddi olduğu bildirilib.
Telekanal partlayış texniki xidmət zamanı gəmilərdən birində baş verdiyini bildirib.