ABŞ-a məxsus iki qırıcı təyyarə qəzaya uğradı
12 sentyabr 2014 21:43 (UTC +04:00)

ABŞ-a məxsus iki qırıcı təyyarə qəzaya uğradı

0

ABŞ-a məxsus iki F-18 “Hornet” tipli qırıcı təyyarə Sakit okeanın qərb hissəsində qəzaya uğrayıb.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, nəticədə pilotlardan biri həlak olub, ikinci pilotun tapılması istiqamətində axtarışlar davam edir.

 

Qırıcılar "Karl Vinson" təyyarədaşıyan gəminin göyərtəsindən havaya qalxıb. İtkin düşən pilotun axtarışına raket kreyseri, USS Gridley esminesi və hərbi helikopterlər cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 894

Oxşar yazılar