İtaliya prezident seçə bilmir, Prodi namizədliyini geri götürdü
20 aprel 2013 05:10 (UTC +04:00)

İtaliya prezident seçə bilmir, Prodi namizədliyini geri götürdü

İtaliya parlamenti 4-cü mərhələdə də prezidenti seçə bilməyib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, səsvermənin növbəti turu aprelin 20-də keçiriləcək.

 

Dördüncü mərhələnin nəticəsinə əsasən, keçmiş baş nazir, Avrokomissiyanın sabiq başçısı Romano Prodi daha çox səs toplasa da, qalib gəlmək üçün bu səslər yetərli olmayıb.

 

 

Qeyd edək ki, bu siyasi kampaniya fevralın 23-25-dəki parlament seçkilərindən sonrakı böhran mühitində keçirilir.

 

Əsas iddiaçılar müxalif «5 ulduz hərəkatı»nın irəli sürdüyü 79 yaşlı hüquqçu Stefano Rodot və keçmiş baş nazir, Avropa Komissiyasının keçmiş başçısı Romano Prodidir. Aprelin 19-da axşam saatlarında Romano Prodi öz namizədliyini geri götürüb.

 

 

Hazırkı prezident Corco Napolitanonun səlahiyyət müddəti isə bu ilin mayında başa çatır.

 

İtaliyada prezident hər iki palatanın üzvləri tərəfindən seçilir. Səsvermədə 1007 seçici iştirak edə bilər. Azı  504 səs toplayan namizəd İtaliyanın növbəti prezidenti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 517

Oxşar yazılar