[b]"Allahu əkbər" qışqırıb 5 nəfəri bıçaqladı [/b]
10 may 2016 12:02 (UTC +04:00)

[b]"Allahu əkbər" qışqırıb 5 nəfəri bıçaqladı [/b]

 

Bu gün səhər Almaniyanın Münhen şəhəri yaxınlığında əlində bıçaq olan şəxs dəmir yolu stansiyasında insanlara hücum edib.

 

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər ciddi xəsarət alıb. Yaralananlardan biri ölüb.

 

Şahidlər bildirib ki, hücum edən şəxs “Allahu əkbər” deyə qışqırıb.

 

Hadisəni törədən şəxs saxlanılıb. İlkin məlumata görə, o, Almaniya vətəndaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440

Oxşar yazılar