«Liviyada xaricilərin hərbi bazası yerləşdirilməyəcək»
01 mart 2013 05:10 (UTC +04:00)

«Liviyada xaricilərin hərbi bazası yerləşdirilməyəcək»

0

Liviya nazirlər kabinetinin başçısı Əli Zeydan bildirib ki, heç bir şərt daxilində ölkə ərazisində xarici dövlətlərin hərbi bazası yerləşdirilməyəcək.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, paytaxt Tripolidə çıxış edən hökumət başçısı deyib:«Ölkənin nə şimalında, nə Cənubunda heç bir dövlət hərbi bazasını yerləşdirmək üçün söz verməyib».

 

O, ölkə KİV-də xarici hərbi qüvvələrin yerləşdiriləcəyi ilə bağlı yazıların «səhv və əsassız» olduğunu vurğulayıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 573

Oxşar yazılar