«HƏMAS» qərbyönlü geyimi, saç düzümünü yasaqlayıb
07 aprel 2013 05:47 (UTC +04:00)

«HƏMAS» qərbyönlü geyimi, saç düzümünü yasaqlayıb

 «HƏMAS» nəzartəi altında olan Qəzza zolağında açıqlanmadan qərb geyimlərini və saç düzümünü yasaqlayıb.

 

Lent.az-ın məlumatına görə, bu haqda Çin dövlət informasiya agentliyi «Sinxua» bildirib.

 

Agentlik bununla bağlı bir neçə örnək də yayıb. Zolağın sakini belsiz və dar ətək cins geydiyi üçün oğullarının «HƏMAS» polisi tərəfindən saxlanılıdığından şikayətlənib.

 

Qəzza polisinin mətbuat katibi Ayman Banici bildirib ki, həmin gənclər «mənəvi, ənənəvi qaydaları pozduğu və küçədə gənc qızları yoldan çıxarmaq istəyərək, Fələstin cəmiyyətinin adət-ənənələrinə zidd hərəkət etdikləri üçün tutulublar».O, bunun məqsədyönlü olduğunu təkzib edib.

 

«Sinxua» agentliyi onu da qeyd edib ki, «HƏMAS» polisi son günlər gənclərin toplaşdığı rayonlarda, o cümlədən universitetlərin ətrafında  patrul xidmətini gücləndirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 661

Oxşar yazılar