“Ukraynanin sabiq prezidenti Viktor Yanukovych Belarusa gəlsə heç kimin ixtiyarı yoxdur ki, onun qarşısını kəssin, Yanukoviçin valideynlərinin kəndi oradadır”.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bunu Kiyevdə jurnalistlərlə söhbətində Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
	“Mən sizə məsləhət görürəm, bütün umu-küsüləri unudub, öz prezidentinizi geri qaytarasınız” – deyə, o, əlavə edib.
	 
	“Krım Ukraynadır, yoxsa Rusiya?” sualından yayınmağa çalışan Belarus prezidenti jurnalistlərin təkidlərindən sonra belə cavab verib:“Ukrayna vahid və bölünməz olmalıdır, və vahid və bölünməz də olacaq”.
 
                 
                             
    