“Avropa Biliyi Rusiya ilə diplomatik əlaqələri kəsmir”
17 mart 2014 12:59 (UTC +04:00)

“Avropa Biliyi Rusiya ilə diplomatik əlaqələri kəsmir”

Avropa Biliyi Rusiya ilə diplomatik əlaqələri dayandırmır.


 

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq deyib.

 

“Bütün diplomatik kanallar Rusiya üçün açıq qalır”, - deyə o vurğulayıb.

 

Heyq qeyd edib ki, Moskva ilə Kiyev arasında birbaşa dialoq beynəlxalq təmas qrupu vasitəsilə həyata keçirilə bilər. “Lakin ruslar öz növbəsində gərginliyin azaldılması üçün addımlar atmalıdır”, - deyə nazir bildirib.

 

Qeyd edək ki, U.Heyq Avropa Birliyi ölkələrinin xarici işlər nazirlərinin Brüssel toplantısında iştirak edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 714

Oxşar yazılar