Xarkovda qan donduran tapıntılar - Qutuda qızıl dişlər və seks oyuncağı
06 oktyabr 2022 11:39 (UTC +04:00)

Xarkovda qan donduran tapıntılar - Qutuda qızıl dişlər və seks oyuncağı

Rusiyanın Ukraynaya hərbi əməliyyatı davam etdiyi bir zamanda Xarkovda qan donduran tapıntılar əldə edilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, müharibə başlayandan bir müddət sonra Ukraynanın geri aldığı Xarkovda araşdırmalar aparan rəsmilər müharibə cinayətlərinin törədildiyinə dair təsbitləri ictimaiyyətlə paylaşıb.

Ukrayna hakimiyyəti araşdırma apararkən Rusiyanın işgəncə kameralarında qızıl diş qutuları tapıb.

Səlahiyyətlilər ərazidə yaşayan sakinlərlə sorğu keçirib və Piski-Radkivski kəndindəki evdə elektrik kabelləri, kəndirlər, seks oyuncaqları, qaz maskaları və yanmış bez parçaları aşkar ediblər.

“Canilər insanları basdırır və qurbanlarının üzərinə qaz maskası taxır, sonra maskanın qarşısında parça yandıraraq onları boğurlar” – deyə Ukrayna rəsmiləri bildirib.

Xatırladaq ki, ötən həftə İzyum şəhərində kütləvi məzarlıqların törədildiyi aşkarlanmışdı.

Lətif İsmayılov

# 4263
avatar

Oxşar yazılar