Xamenei İsrailə hücum üçün hazırlıq əmri verdi
01 noyabr 2024 14:21 (UTC +04:00)

Xamenei İsrailə hücum üçün hazırlıq əmri verdi

İranın ali dini rəhbəri Əli Xamenei İsrailə hücum üçün hazırlıq əmri verib.

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, İranın ali rəhbəri Əli Xamenei ölkənin Ali Milli Təhlükəsizlik Şurasına İsrailə hücuma hazırlaşmaq göstərişi verib.

Məlumata görə, Xamenei İsrailin hücumlarında İranın raket istehsal gücünə, Tehran ətrafındakı hava hücumundan müdafiə sistemlərinə və mühüm enerji infrastrukturuna dəyən zərərin miqdarı ilə bağlı yüksək rütbəli hərbi komandirlərin geniş hesabatını nəzərdən keçirdikdən sonra bu qərarı verib.

Xamenei vurğulayıb ki, İsrailin hücumlarına cavab verilməməsi məğlubiyyəti qəbul etmək deməkdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2055
avatar

Oxşar yazılar