Suriyada üsyançılar Bəşər Əsədi hakimiyyətdən devirməyə nail olub.
Lent.az-ın "Reuters"ə istinadən xəbərinə görə, Hərbi Komandanlığın müvafiq elanından sonra əhali Dəməşqin mərkəzi meydanına toplaşaraq qələbəni bayram edib, üsyançılar da onlara qoşulub.
Yerli mənbələr Suriya liderinin təyyarə ilə naməlum istiqamətə qaçdığını, üsyançıların isə döyüş olmadan paytaxta daxil olduqlarını iddia edib.
Üsyançılara yaxın medianın bildirdiyinə görə, hazırda ölkədə hakimiyyətin dinc yolla müvəqqəti hökumətə təhvil verilməsi istiqamətində aktiv fəaliyyətin davam etdiyi bildirilir.