Uşağa görə aeroportu bağlatdıran təslim oldu - YENİLƏNİB
05 noyabr 2023 18:28 (UTC +04:00)

Uşağa görə aeroportu bağlatdıran təslim oldu - YENİLƏNİB

Hamburq aeroportunda 35 yaşlı atası tərəfindən girov götürülən uşaq azad edilib.

Lent.az-ın xəbərinə görə, bu barədə Hamburq polisi X sosial şəbəkəsində paylaşım edib.

Qeyd edilib ki, şübhəli şəxs qızı ilə avtomobili tərk edib və müqavimət göstərmədən polisə təslim olub.

***

saat 17.16

Hamburq aeroportunun fəaliyyəti hələ də bərpa olunmayıb.

Lent.az-ın xəbərinə görə, Hamburq polisinin X sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, ilkin məlumata əsasən, aeroportda qızını girov saxlayan silahlı şəxsdə naməlum tipli partlayıcı qurğu var.

Polis hazırda şübhəli şəxslə əlaqə saxlamağa davam edir və əsas məqsəd uşağı qorumaqdır. Uşağın hazırda özünü yaxşı hiss etdiyi bildirilib.

İndiyə qədər Hamburq aeroportunda 126 reys  (70 uçuş və 56 eniş) ləğv edilib.

***

saat 11.14

Noyabrın 4-də axşam Hamburq aeroportuna avtomobillə silahlı şəxs daxil olub.

Lent.az-ın “Bild am Sonntag”-a istinadən verdiyi xəbərə görə, hadisə yerli vaxtla saat 20.00-da baş verib.

Aeroporta daxil olan şəxs iki dəfə havaya atəş açıb. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlərlə əlaqədar aeroportda uçuşlar dayandırılıb. Federal Polisin mətbuat katibi Tomas Qerbert bildirib ki, bundan əvvəl kişinin həyat yoldaşı polisə müraciət edib, uşağının əri tərəfindən oğurlandığını bildirib.

Hadisə yerinə Hamburq polis qüvvələri cəlb olunub, həmin şəxslə əlaqə yaradılıb və hazırda danışıqlar davam edir. Kişinin yanında minimum bir uşaq olduğu bildirilib.

Hüquq-mühafizə orqanları hadisənin qəyyumluqla bağlı olduğunu ehtimal edir.

Həmin şəxsin polisdən onu təyyarə ilə Türkiyəyə göndərməyi tələb etdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7755
avatar

Oxşar yazılar