Böyük Britaniyada universitet şəhərciyinin tikintisi zamanı yüzlərlə insan qalığı tapılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, inşaatçılar keçmiş univermağın yerində Qloster Universitetinin şəhərciyi üçün binalar tikərkən insan məzarları və daş bünövrələr aşkar ediblər.
“Cotswold” arxeoloqları həmçinin iki kilsənin qalıqlarını da tapıblar.
Barokko kilsəsinin təməlləri və orta əsrlər kilsəsinin bir neçə fraqmentindən əlavə, tədqiqatçılar 18-ci əsrə aid 150-yə yaxın dəfn tapıblar. Onların altından 170-ə yaxın daha qədim məzar və skelet aşkar də edilib. Bəzi qalıqların yaşı min ilə qədərdir.
Arxeoloqlar həmçinin 14-cü əsrə aid pəncərə tağının bir hissəsi də daxil olmaqla bəzi daş əşyalar tapıblar. Sonrakı kilsənin zirzəmisində divar qalıqları və taxta konstruksiyalar da daxil olmaqla, Roma yaşayış məntəqəsinin fraqmentləri aşkar edilib.