Ukraynada Rusiya xüsusi əməliyyat qrupunun  zabitləri məhv edildi - SİYAHI
02 avqust 2024 11:19 (UTC +04:00)

Ukraynada Rusiya xüsusi əməliyyat qrupunun zabitləri məhv edildi - SİYAHI

Rusiya mənbələri 322 Xüsusi Əməliyyat Mərkəzinin bir qrup mütəxəssisinin Çerniqov vilayətində pusquya düşdüyünü təsdiqləyib.

Len.az-ın xarici mediaya istinadən məlumatına görə, ukraynalı jurnalist Yuri Butusov özünün Telegram kanalında beş rusiyalı diversantın cəsədlərinin fotolarını nümayiş etdirib. Onları iyulun 28-də Çerniqov rayonunun Mxi kəndi yaxınlığındakı döyüşdə Şimal kəşfiyyat batalyonlarından birinin kəşfiyyat qrupu məhv edib.  

“Rusiya mənbələri təsdiq edir ki, ukraynalılar elitanın elitasını, Rusiya xüsusi əməliyyat qüvvələrinin ən yaxşı döyüşçülərini məhv ediblər”, - jurnalist qeyd edib.

Məhv edilənlərin SİYAHISI:

* qvardiya kapitanı Larionov Vyaçeslav Andreeviç,

* qvardiya mayoru Asanov Mixail Aleksandroviç,

* qvardiya kapitanı Soldatkin Viktor Yuryeviç,

* qvardiya baş leytenant Qolovçenko Valeri Aleksandroviç,

* qvardiya mayoru Pospelov Andrey İvanoviç.

Məlumata görə, üÜmumilikdə, altı rus hərbçisinin cəsədi döyüş meydanından götürülüb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 996
avatar

Oxşar yazılar