Bakı polisi hər yerdə bu iki qardaşı axtarır
02 avqust 2024 11:29 (UTC +04:00)

Bakı polisi hər yerdə bu iki qardaşı axtarır

Azərbaycanda iki qardaş axtarışa verilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, İsmayılov Rövşən Heydərxan oğlu və qardaşı İsmayılov Emin Heydərxan oğlu axtarışa veriliblər.

Onlar Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 197.2-ci (əmtəə nişanlarından qanunsuz istifadə etmə külli miqdarda ziyan vurduqda) maddələri ilə təqsirli bilinirlər.

Bakı şəhər Baş Polis İdarəsi qardaşların tapılaraq cinayət məsuliyyətinə cəlb olunması üçün axtarış elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1686
avatar

Oxşar yazılar