Ukrayna ordusunda Rusiya casusları  İDDİASI
15 mart 2022 19:40 (UTC +04:00)

Ukrayna ordusunda Rusiya casusları İDDİASI

Martın 12-də Rusiyanın Polşa ilə sərhəddə yerləşən Ukraynanın Lvov vilayətinin Yavorov poliqonundakı hərbi bazanı bombalaması ilə bağlı çox maraqlı bir iddia irəli sürülüb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, həmin bazaya Rusiya tərəfi əvvəlcədən öz casuslarını yerləşdirib. 

Bazanın məhz həmin casuslarun verdiyi məlumat əsasında bombalandığı iddia edilir. 

Qeyd edək ki, nəticədə nəticədə 35 nəfər həyanı itirmiş, 134 nəfər isə yaralanmışdı. 

Kəşfiyyat rəhbərləri hesab edirlər ki, bazadakı casuslar hücumdan əvvəl Rusiyaya koordinatları göndəriblər. 

İddiaya görə, Ukrayna ordusunun hərbi bazadakı mühafizəçisi hücumlardan əvvəl bir nəfər noutbuku götürərək bazadan qaçdığını görüb. Bundan sonra isə bazaya havadan hücum baş tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1504

Oxşar yazılar