Ukrayna ordusu "Bayraktar"ları HAVAYA QALDIRDI
24 fevral 2022 17:30 (UTC +04:00)

Ukrayna ordusu "Bayraktar"ları HAVAYA QALDIRDI

"Qara dəniz əməliyyat zonasında Ukrayna Silahlı Qüvvələri “Bayraktar” PUA-sından istifadə edir".

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Məlumatda qeyd olunur ki, Rudnya (Belarus) - Vystupoviçi (Ukrayna) istiqamətində düşmən iki tank, zirehli transportyor və texnikanın qüvvəsi ilə dövlət sərhədini keçməyə cəhd edib:

"Döyüş nəticəsində düşmən itki verib. 5 zirehli transportyor və bir avtomobil məhv edilib. Putivl bölgəsində düşmən tanklarının hücumu dayandırılıb. Vışqorod səmasında KA-52 helikopteri vurulub.

Geniçesk, Skadovsk, Çaplinka şəhərləri yaxınlığında döyüşlər gedir. Birlikdə qazanacağıq!".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 27645
avatar

Fidan İlqar

Oxşar yazılar