Ukrayna daha bir Rusiya QIRICISINI VURDU
04 mart 2022 15:37 (UTC +04:00)

Ukrayna daha bir Rusiya QIRICISINI VURDU

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayəti istiqamətində Rusiyanın daha bir “Su-25” qırıcı təyyarəsini vurublar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

“Bu gün, martın 4-də Ukrayna Hava Hücumundan Müdafiə Birliyinin Qüvvələri Volnovaxa şəhəri səmasında düşmənin “Su-25” qırıcısını vurub. Bu təyyarə dinc sakinlərin yaşayış binalarını və mülki infrastrukturları bombalayırdı. Qırıcının pilotu katapult edib. Onun axtarışı davam edir”, - məlumatda qeyd olunub.

Hazırda təyyarəni idarə edən pilot axtarışdadır.

Pilotu xilas etmək üçün Rusiyadan göndərilən vertolyot Ukrayna tərəfindən ələ keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2679
avatar

Fidan İlqar

Oxşar yazılar