Üç ölkə Ukraynanın Rusiyaya hücum planını  müzakirə edəcək
16 sentyabr 2024 15:37 (UTC +04:00)

Üç ölkə Ukraynanın Rusiyaya hücum planını müzakirə edəcək

Böyük Britaniya, Almaniya və Fransa yaxın günlərdə Ukrayna Silahlı Qüvvələrinin ABŞ-dan gələn naviqasiya məlumatlarından istifadə etməklə Rusiyanın dərinliklərinə raket zərbələri endirmək planını müzakirə edəcəklər.

Lent.az bildirir ki, bu barədə Bloomberg agentliyi mənbələrə istinadən məlumat yayıb.

London, Berlin və Paris Rusiyanın dərinliklərində hansı zərbələr planını müzakirə edəcəklər?

Agentliyin məlumatına görə, ABŞ prezidenti Co Bayden Böyük Britaniya hökumətinin başçısı Kir Starmer ilə Ukrayna Silahlı Qüvvələrinin ABŞ-dan gələn naviqasiya məlumatlarından istifadə edərək “Storm Shadow” raketləri ilə Rusiyanın dərinliklərinə zərbələr endirmək planını müzakirə edib.

“Bloomberg” qeyd edir ki, Amerika lideri belə bir addımdan qorxur.

Nəşr bildirir ki, Britaniya rəsmiləri yaxın günlərdə alman və fransız həmkarları ilə planla bağlı danışıqlar aparacaqlar.

Bayden və Starmer arasında görüş sentyabrın 13-də baş tutub. Onun nəticələrinə əsasən, Rusiyanın dərinliklərinə zərbələr mövzusunda heç bir açıqlama verilməyib.

Sentyabrın 12-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiyanın dərinliklərində zərbələrə qoyulan məhdudiyyətlərin aradan qaldırılması Qərb ölkələrinin münaqişədə birbaşa iştirakı deməkdir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1620
avatar

Oxşar yazılar