Türkiyədə saqqal əkdirən fransız intihar etdi
12 noyabr 2024 03:21 (UTC +04:00)

Türkiyədə saqqal əkdirən fransız intihar etdi

Türkiyəyə saqqal transplantasiyası üçün gələn 24 yaşlı fransalı tələbə Mathieu Vigier Latour əməliyyat uğursuz alındıqdan sonra depressiyaya düşüb.

Lent.az xəbər verir ki, Latour əməliyyatdan 3 ay sonra intihar edib və onu əməliyyat edən şəxsin heç həkim belə olmadığı iddia olunub.

Türkiyəyə gələrək saqqal əkdirən 24 yaşlı fransalı Latour əməliyyatın uğursuz olmasından sonra depressiyaya düşüb və üç aylıq depressiyadan sonra intihar edib.

Onun İstanbuldakı klinikalardan birində saqqal əməliyyatı olduğu bildirilir. Əməliyyatdan sonra üzündə ciddi şişkinlik müşahidə edən gənc saqqalının istədiyi kimi uzanmaması ilə depressiyaya düşüb.

Aldığı travmadan çıxa bilməyən Latour əməliyyatdan 3 ay sonra intihar edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1452
avatar

Oxşar yazılar