Türkiyədə polis yataqxanasına basqın – 2 YARALI 
27 sentyabr 2022 02:26 (UTC +04:00)

Türkiyədə polis yataqxanasına basqın – 2 YARALI 

Türkiyənin Mersin əyalətində polis yataqxanasına silahlı hücum olub.

Lent.az-ın Anadolu Agentliyinə istinadla xəbərinə görə, iriçaplı silahlarla törədilən hücumda 2 polis əməkdaşı yaralanıb. 

Hadisə zamanı hücumu törədən şəxslərin avtomobili alışıb. Əraziyə çox sayda polis və yanğınsöndürən cəlb olunub. Hücumda şübhəli bilinən bir nəfər saxlanılıb.

# 1578
avatar

Oxşar yazılar