Türkiyədə hərbçilər qəzaya düşdü - ÖLƏN VAR
04 mart 2022 16:34 (UTC +04:00)

Türkiyədə hərbçilər qəzaya düşdü - ÖLƏN VAR

Türkiyədə hərbçiləri daşıyan xidməti avtomobil qəzaya uğrayıb, 1 hərbçi şəhid olub, 3 əsgər yaralanıb.

Lent.az xarici KİV-ə istinadən xəbərinə görə, hadisə Tokat-Niksar magistral yolunda qeydə alınıb.

Qəzaya səbəb yolun buz bağlaması olub. Sürücü idarəetməni itirib, avtomobil yol kənarındakı betona çırpılıb.

Əsgərlərin Jandarma Xüsusi Hərəkat Taburu Komandanlığında xidmət etdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1311
avatar

Fidan İlqar

Oxşar yazılar