Türkiyə sahillərində 108 qeyri-qanuni  miqrant saxlanıldı
13 iyul 2024 07:54 (UTC +04:00)

Türkiyə sahillərində 108 qeyri-qanuni miqrant saxlanıldı

Türkiyənin Muğla sahillərində 108 qeyri-qanuni miqrant və insan qaçaqçılığı ilə məşğul olduqları ehtimal edilən 3 şübhəli saxlanılıb.

Lent.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu şəxslərdən 82-si Muğlanın Milas, 26-ı isə Fethiye rayonları ərazisində ələ keçirilib. Rezin və yelkənli qayıqlar vasitəsilə qanunsuz yollarla Türkiyədən başqa ölkəyə keçməyə çalışan bu insanlardan 8-i azyaşlıdır.

Miqrantların saxlanılması istiqamətində keçirilən əməliyyat zamanı onlara köməklik etdiyi ehtimal olunan üç şübhəli saxlanılıb.

Əcnəbilərdən ibarət bu, 108 nəfərlik qrup Türkiyənin Miqrasiya İdarəsinə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1845
avatar

Oxşar yazılar