ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrislə müsahibəyə görə CBS News telekanalını məhkəməyə verib. Bu barədə iddia bəyanatına istinadən “Fox News” telekanalı məlumat yayıb.
Lent.az xəbər verir ki, Tramp iddia edir ki, telekanal Harrisin canlı yayımda suallara cavab vermədiyi, lakin hazır cavablardan istifadə etdiyi redaktə edilmiş versiyanı göstərərək izləyiciləri çaşdırıb.
“CBS-in hərəkətləri səbəbindən ictimaiyyət Harrisi müsahibə zamanı prezidentliyə namizəd kimi, yoxsa pərdə arxasında olan redaktorun kuklası kimi görüb-görmədiyini ayırd edə bilmədi”, - Tramp açıqlamasında bildirib.
Təzminat olaraq Tramp telekanaldan ən azı 10 milyard dollar ödəniş tələb edir.