Uqandada timsah bir keşişin arvadını yeyib.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə noyabrın 11-də Kəlanqala rayonunda baş verib. Qadın su götürmək üçün gölə gedib. Orada qəfil bir timsah ona hücum edib.
"Timsah həyat yoldaşıma hücum etdi, onu tutdu və suyun altında itdi" deyə keşiş danışıb.
Onun sözlərinə görə, yerli sakinlər qadını tapmağa çalışsalar da, buna nail ola bilməyiblər. Qeyd olunur ki, yayda onun oğlu dünyaya gəlib. İndi körpə təxminən dörd aylıqdır.