Əfqanıstanda hakimiyyətdə olan Taliban hökuməti qətldə təqsirli bilinən iki nəfəri futbol stadionunda insanların önündə avtomatla kürəyindən atəş açaraq edam edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Ali Məhkəmə rəsmisi Atiqullah Dərviş Talibanın ali lideri Hibətullah Axundzadənin imzaladığı ölüm əmrini yüksək səslə oxuyub.
Dərviş iki şübhəlinin edam hökmü ilə bağlı "Bu iki şəxs qətldə təqsirli bilinib. Qərar ölkə məhkəmələrində iki il davam edən mühakimələrdən sonra imzalanıb" deyib.
Minlərlə kişinin toplaşdığı stadionda edam olunan şəxslərin ailələri də olub. 2022-ci ildə Axundzadənin hakimlərə “intiqam” adlanan“gözə göz” əmri verən qərarı icra olunub və iki qətl şübhəlisi edam edilib.