Suriya ordusunun bölmələri silahlıların irəliləməsi fonunda Dəməşqin mərkəzini tərk edib.
APA xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.
Məlumata görə, silahlılar şəhərin mərkəzində bir neçə dövlət obyektinə, o cümlədən Suriya dövlət televiziyasının binasına nəzarət edib.
***
06:58
Suriyada müxalifət tərəfdarları paytaxt Dəməşqi nəzarətə götürüb.
Lent.az xəbər verir ki, bu barədə “Al Hadath” məlumat yayıb.
Bildirilib ki, hökumət qüvvələri ölkənin paytaxtından geri çəkilir.
Onun sözlərinə görə, silahlılar Dəməşqin mərkəzi Əməvi meydanına çatıb və Suriya dövlət televiziyasının qərargahını ələ keçiriblər.
***
06:14
Suriyada müxalifət tərəfdarları paytaxt Dəməşqə daxil olmağa başlayıb.
Lent.az xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera“ telekanalı məlumat yayıb.
Hazırda digər təfərrüatlar açıqlanmayıb.