Şimali Koreyanın lideri Putinə 2 it bağışladı
20 iyun 2024 11:54 (UTC +04:00)

Şimali Koreyanın lideri Putinə 2 it bağışladı

Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinə iki nadir cins Phunsan ov iti hədiyyə edib. 

Lent.az bildirir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

“Yoldaş Kim Çen In fəxri qonaqlar üçün nəzərdə tutulmuş Kumsusan iqamətgahının bağçasında prezident Putinə ölkəmizin milli it cinsi olan bir cüt Phunsan iti hədiyyə edib”, - məlumatda bildirilir. 

Phunsan, KXDR-dən kənarda olduqca nadir və demək olar ki, naməlum it cinsidir.

İyunun 18-19-da Putin KXDR paytaxtında dövlət səfərində olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1782
avatar

Oxşar yazılar