Selena Qomez 80-ci illərin hit filmi "Working Girl"u YENİDƏN ÇƏKİR
09 avqust 2022 19:07 (UTC +04:00)

Selena Qomez 80-ci illərin hit filmi "Working Girl"u YENİDƏN ÇƏKİR

Həm müğənni, həm də aktrisa kimi dünyada tanınan Selena Qomez məşhur filmin prodüseri olacaq.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Qomez 80-ci illərin məşhur filmi "Working Girl"un yeni versiyasının prodüserliyini edəcək.

"Only Murders in the Building" serialındakı performansı ilə adından söz etdirən ulduz daha əvvəl "13 Reasons Why" serialının prodüseri olub.

Məlumata görə, Qomezin çəkiliş üçün son danışıqlarda olduğu və ssenarini İlana Penanın yazacağı məlum olub. Amma aktyorun filmdə rol alıb-almayacağı hələlik məlum deyil.

# 1722
avatar

Oxşar yazılar