Sabiq Baş Qərargah rəisinə qarşı cinayət işi açıldı - Rusiyadan yararsız texnika alıb
01 aprel 2025 22:42 (UTC +04:00)

Sabiq Baş Qərargah rəisinə qarşı cinayət işi açıldı - Rusiyadan yararsız texnika alıb

Ermənistanda Silahlı Qüvvələrin Baş Qərargahının sabiq rəisi Movses Akopyana qarşı yeni cinayət işi açılıb.

Lent.az xəbər verir ki, general-polkovnik Movses Akopyan Ermənistanın 9 il əvvəl Rusiyadan yararsız hərbi texnika almasına görə səhlənkarlıqda ittiham olunur.

Qeyd olunur ki, Ermənistan ordusunun Raket Qoşunları və Artilleriya Baş İdarəsinin sabiq rəisi, general-mayor Armen Arutyunyana qarşı da ittiham irəli sürülüb.

Müqavilə Akopyan tərəfindən imzalanıb və bunun nəticəsində isə 4,3 milyard dramdan çox avadanlıq alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1140

Oxşar yazılar